Xəbərlər

"Qarabağ" test-tura hazırlaşır

28-12-2021, 13:46
2022-ci ilin mart ayının 5-6 "Qarabağ" Reqbi Klubunun 2011-2012-ci il təvəllüdlü oyunçularından ibarət komandası Gürcüstanın paytaxtı Tbilisi şəhərinə yola düşəcək. Əldə olunmuş razılaşmaya əsasən komandamız "Tsikara", "Avçala", "Laşari" və "Akademiya" komandalarından olan həmyaşıdları ilə birgə məşq prosesində iştirak edəcək. Birgə məşq prosesində komandalar müxtəlif oyun elementlərinin detalları üzərində çalışacaqlar, məşq prosesinin sonunda isə təmsilçilərimizin həmin komandalarla reqbi-7 qaydaları ilə test-görüşlər təşkil olunacaq. Hal hazırda daha iki klubla danışıqlar aparılır və komandaların sayının artması ehtimalı yüksəkdir. 


Digər paylaşımlar