Xəbərlər

ARF bayrağı altında semİnar

24-12-2021, 00:06
20-22 dekabr tarixlərində Qəbələ şəhərinin eyniadlı idman klubunun təlim-məşq bazasında Azərbaycan Reqbi Federasiyasının (ARF) təşkilatçılığı ilə məşqçilik seminarı keçirilib. Tədbirə ölkəmizin müxtəlif bölgələrindən yeni fəaliyyətə başlayan və eləcə də 2020-ci ildən fəaliyyətdə olan məşqçilər qatılıb. Təlimdə Azərbaycan milli yığma komandasının baş məşqçisi Vaqif Səadətxan və "Qarabağ" Reqbi Klubunun rəhbəri, World Rugby level 1 beynəlxalq dərəcəli məşqçi Eldar Kərimov gənc mütəxəssislərlə öz bilik və təcrübələrini bölüşüblər. Seminar nəzəri və praktiki sessiyalardan ibarət idi. Tədbirin yekununda iştirakçılara ARF və İdman Mütəxəssislərinin Təlim-Tədris və İnkişaf Mərkəzi adından müvafiq sertifikatlar təqdim edilib.

"Qarabağ" RK rəhbəri Eldar Kərimov:
- Bu treninq ilə reqbimiz yəni inkişaf mərhələsinə qədəm qoydu. Bölgələrimizdə yaradılan reqbi komandalarının sayı durmadan artır. Sevindirici haldır ki ARF təkcə komandaların yaradılması deyil həm də bu cür tədbirləri təşkil etməklə həmin komandaların effektiv fəaliyyətini təmin etmiş olur. Komandaların nəticələri birbaşa məşqçilərin səriştəsi və bacarığından asılıdır. Bölgə təmsilçilərinin dərslərə yanaşması və boyuk həvəslə iştirak etməsi məndə çox optimistik təəsürat yaratdı və əminəm ki 2022-ci ildə ölkədaxili yarışmalarda biz çox güclü rəqabətə şahidlik edəcəyik. ARF-ə bu fəaliyyətdə müvəffəqiyyətlər arzu edirik və qeyd etmək istəyirəm ki "Qarabağ" Reqbi Klubu həm Federasiyaya həm də digər klublara inkişaf prosesində əlindən gələn dəstəyi göstərməyə hazırdır. Biz böyuk reqbi ailəsinin üzvləriyik və birlikdə yüksək nəticələr əldə edəcəyimizə şübhəmiz yoxdur.






Digər paylaşımlar