Xəbərlər

"Qarabağ" - Azərbaycan çempionudur!

20-11-2021, 23:40

20.11.2021 tarixində Şəki şəhərində reqbi-7 üzrə 2010-2011-ci il təvəllüdlü oğlanlar arasında Azərbaycan çempionatı keçirilmişdir. Yarışda "Qarabağ"-dan savayı "Qəbələ", "Sumqayıt", "Şəmkir", "Şəki" və "Gəncə" komandaları iştirak etmişdir. Yarış qrup mərhələsindən başladı və komandamızla bir qrupda "Qəbələ" və "Şəmkir" kollektivləri yer almışdırlar. Nizami Mahmudovun yetirmələri ilk oyunda "Qəbələ" komandasının güclü müqavimətini qırmağı bacarıblar və 20:10 hesbı ilə qalib gəliblər. "Şəmkir" komandası üzərində ikinci oyunda 25:15 hesabı ilə qalib gələn "Şuşalılar" A qrupunun birincisi olaraq yarımfinalda B qrupunun ikinci yer sahibi olan "Gəncə" ilə qarşılaşdı və 4 cavabsız məhsuldar cəhdlə qələbə qazandı. Digər yarımfinalda "Qəbələni" üstələyən "Sumqayıt" finalda yetirmələrimizin rəqibi oldu. Gərgin mübarizə şəraitində keçən həlledici qarşılaşma "Qarabağ"-ın 15:0 hesablı qələbəsi ilə yekunlaşdı və komandamız ilk dəfə Azərbaycan çempionu adını qazandı. 

Digər paylaşımlar