Rəhbərlik

Eldar Kərimov
Prezident

1984-cü ildə anadan olub. Azərbaycan Kooperasiya Universitetində “Ümumi İqtisadiyyat” sahəsi üzrə ali təhsil alıb. 2006-cı ildən hal hazıradək bank sistemində müxtəlif vəzifələrində çalışır. Reqbi üzrə Azərbaycan milli yığma komandasının və “Bakı Reqbi klubu”-nun üzvü olub. World Rugby level 1 beynəlxalq reqbi məşqçi sertifikatının sahibidir. 2015-ci ildən klubun təsisçisi və rəhbəridir.

Eldəgiz Rəfibəyli
Vitse-prezident

1980-ci ildə anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasında “Mühəndis iqtisadiyyatı” sahəsi üzrə ali təhsil alıb. Layihələrin idarəedilməsi sahəsində çalışır. Azərbaycan milli yığma komandasının və Bakı Reqbi Klubunun üzvü olub. Azərbaycan Reqbi Federasiyasının baş katibi (4 il) və prezidenti (13 il) vəzifələrini icra edib. 2021-ci ildən “Qarabağ” RK-nın vitse-prezidentidir.

Raqif Huseynli
İdman direktoru

1983-cü ildə anadan olub. Ali təhsilini Azərbaycan İctimai-Siyasi Universitetində “Biznesin İdarəedilməsi” peşəsi üzrə alıb. Tikinti sahəsində çalışır. Reqbi üzrə Azərbaycan milli yığma komandası ilə yanaşı Böyük Britaniyanın “Worthing Raiders” RFC, Qətərin “Doha” RFC, Azərbaycanın “Qarabağ” RK və “Bakı Reqbi Klubu”-nun üzvü olub. Uzun müddət ARF baş katibi vəzifəsini icra edib. 2021-ci ildən “Qarabağ” RK-nın idman direktorudur.