Müsahibələr

"Ölkə çempionu olmağın vaxtıdır"

17-11-2021, 00:31
Xəbər verdiyimiz kimi bir neçə gündən sonra reqbi üzrə 2010-2011-ci il təvəllüdlü oğlanlar arasında Respublika çempionatı keçiriləcək. "Qarabağ" Uşaq Reqbi Liqasının ilk turunda "Cəngavərlər"lə qarşılaşmadan sonra komandanın kapitanı Əhəd Babayev bir neçə sualımızı cavablandırdı:

Əhəd, Liqada ilk oyun və ilk qələbə münasibəti ilə təbrik edirik. Təəssuratlarını bölüşməyini istərdik.
Oyun çox maraqlı keçdi. Ümumiyyətlə belə bir liqanın keçirilməsi uşaqların məşqlərə həvəsini bir az da artırır. Əvvəllər sadəcə məşq edirdik, indi isə hər həftə oyunlar keçiriləcək və daha böyük həvəslə məşqlərdə iştirak edəcəm.

Necə oldu ki komandanın kapitanı seçildin?
Komanda yoldaşlarımız arasında ən təcrübəli oyunçu olduğuma görə məşqçi məni kapitan elan etdi. Mən reqbiyə ilk dəfə gələndə 5 yaşım var idi. Böyüklər məşq edirdi mən isə topu əlimdə saxlayıb o yana bu yana qaçırdım (gülür). O vaxtdan əllərim topa öyrəşib və məşqlərdə, oyunlarda topla çətinlik çəkmirəm. Artıq 6-cı ildir ki reqbi ilə məşğul oluram və böyüyəndə peşəkar reqbiçi olacam.

Qarşıda səni və komanda yoldaşlarını Azərbaycan çempionatı gözləyir. Həyəcan varmı?
Xeyr, həyəcan yoxdur. Bütün rəqiblərimizə hörmətlə yanaşırıq və anlayırıq ki onlar da çempion olmaq istəyir və bunun üçün mübarizə aparacaqlar. Bizim məşqçilərimiz bizə inanır və bu inam bizə ruh yüksəkliyi verir, mübarizə meydanına çıxacağımız günü səbrsizliklə gözləyirik. Ölkə çempionu olmağın vaxtıdır.

Bu yaxınlarda komandanız Gürcüstanda bir neçə oyun keçirdi. Bu haqda fikirlərin maraqlıdır.
Gürcüstana gedəndə məşqçimiz dedi ki biz ora oyun təcrübəsi qazanmağa gedirik və indiki mərhələdə oyunların nəticəsi elə də vacib deyil. Amma biz çalışdıq ki qələbə qazanaq və məşqçilərimizi sevindirək. Birinci görüşdə oyunumuz alınmasa da ikinci və üçüncü oyunlarda məğlub olduğumuza baxmayaraq özümüzə inanmağa başladıq və daha təcrübəli rəqiblərlə başa baş mübarizə aparırdıq. Sonuncu qarşılaşmada isə bütün gücümüzü ortaya qoyub rəqibə qalib gələ bildik. Həmin oyunlarda qazandığımız təcrübə bizim üçün çox giymətlidir.

Komanda yoldaşlarından kimi ən güclü hesab edirsən?
Reqbi əsl komanda oyunudur. Biz komandada heç kimi fərqləndirmirik. Nizami müəllim (baş məşqçi) ilk gündən deyir ki biz bir komandayıq, hər birimiz komandanın oyununda vacib rol oynayırıq. Qələbələri də, məğlubiyyətləri də komanda şəklində qəbul edirik. Bircə heyfslənirəm ki İman  (İman Novruzi) komanda ilə bu yarışda iştirak edə bilməyəcək. Çalışacayıq ki Şəkidən qələbə ilə qayıdaq və komanda yoldaşımızı sevindirək.
















Əhəd Babayev 2015-ci ildə "Qarabağ" RK-da keçirdiyi ilk məşqində

Digər paylaşımlar

img
26-06-2021, 03:11