Məqsəd və nailiyyətlərimiz

Klubun yaradılmasının tarixçəsi və məqsədləri:

Qarabağ Reqbi Klubu MMC (VÖEN 1003897731) qeyri-kommersiya layihəsi olaraq 2015-ci ildə yaradılıb və müvafiq dövlət qurumlarında qeydiyyata alınıb. Klub yaradılan gündən Şuşa şəhərini təmsil edir. Qarabağ RK bütün yaş dərəcələrində (uşaqlar, yeniyetmələr, gənclər, böyüklər) heyyətlər formalaşdırmış ilk Azərbaycan reqbi klubudur. Klubun yaradılmasının məqsədləri aşağıdakılardır:

1.    Azərbaycanda Olimpiya idman növü olan reqbinin inkişafı prosesinə öz töhvəmizi vermək, oyunçular və məşqçilər yetişdirmək;
2.    Uşaqlar, yeniyetmələr və gənclər arasında sağlam həyat tərzinin təbliğini həyata keçirmək, onları idmana cəlb etmək;
3.    Bütün yaş dərəcələrində Azərbaycan milli yığma komandalarının bazasına çevrilmək





Klubun əsas prinsipi:
 
Reqbi idman növünün cəmiyyətin bütün təbəqələrinə əlçatan olması üçün fəaliyyətini ÖDƏNİŞSİZ həyata keçirməkdir. Məşqlər, məşq ləvazimatları və geyimləri, həmçinin yarışlarda iştirak klubun sponsorlar vasitəsi ilə cəlb etdiyi vəsait hesabına təşkil etməkdir. 

Klubun nailiyyətləri:
  • 2015-ci ildə klubumuzun yeniyetmələrdən ibarət komandası Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunmuş ilk və yeganə yeniyetmələr arasında Bakı çempionatının qalibi olmuşdur;
  • 2016-cı ildə 12 yaşlılardan ibarət komandamız Bakıda keçirilmiş Dövlər Bayraq Gününə həsr olunmuş beynəlxalq turnirinin gümüş medallarının sahibi olmuşdur;
  • 2016-cı ildə yeniyetmələrdən ibarət komandamız “TİSA Titans” reqbi klubunun Bakı şəhərində təşkil etdiyi ölkədaxili turnirinin qalibi olmuşdur;
  • Qarabağ Reqbi Klubu 2017-ci ildə Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında beynəlxalq reqbi turnirinin təşkilatçısı olmuşdur. Həmin turnir xarici komandaların və ümumi olaraq iştirakçı sayı üzrə ölkımizdə keçirilmiş ən böyük beynəlxalq turnir olmuşdur. 
  • 2017-ci ildə klubumuzun yetirmələri olan Nəzər Cəfərov və Kamran Axundov Gürcüstanın aparıcı reqbi klublarından olan “Tsikara” klubu tərəfindən təlim-məşq toplanışında iştirak etmək üçün dəvət almışlar və toplanışın nəticəsində həmin klubun heyyətində Gürcüstan çempionatının B liqasında iştirak etmək dəvəti almışlar.