MÜŞAHIDƏ ŞURASI

img

Eldar Kərimov

Müşahidə şurasının sədri

1984-cü ildə anadan olub. Azərbaycan Kooperasiya Universitetində "Ümumi İqtisadiyyat" sahəsi üzrə ali təhsil alıb. 2006-cı ildən bank sistemində müxtəlif vəzifələrdə çalışıb. Reqbi üzrə Azərbaycan milli yığma komandasının və "Bakı Reqbi klubu"-nun üzvü olub. World Rugby level 1 beynəlxalq reqbi məşqçi və hakim sertifikatının sahibidir. "Qarabağ" reqbi klubunun təsisçisidir.

img

Eldəgiz Rəfibəyli

Müşahidə şurasının üzvü

1980-ci ildə anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasında "Mühəndis iqtisadiyyatı" sahəsi üzrə ali təhsil alıb. Layihələrin idarəedilməsi sahəsində çalışır. Azərbaycan milli yığma komandasının və Bakı Reqbi Klubunun üzvü olub. Azərbaycan Reqbi Federasiyasının baş katibi (4 il) və prezidenti (13 il) vəzifələrini icra edib. 2021-2023-cü illərdə "Qarabağ" RK-nın vitse-prezidenti vəzifəsini icra edib. 2023-cü ildən klubun müşahidə şurasının üzvüdür.

img

Kamal Eminov

Müşahidə şurasının üzvü

1981-ci ildə anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasında "Mühəndis iqtisadiyyatı" sahəsi üzrə ali təhsil alıb. Unitelma Sapienza universitetində "Beynəlxalq əlaqələr" sahəsi üzrə magistr təhsili alıb. Hazırda marketinq və PR sahəsində əmək fəaliyyəti göstərir. "Qarabağ" reqbi klubunun təsisçisidir.