NAİLİYYƏTLƏRİMİZ


Klubun nailiyyətləri:

  • 2015-ci ildə klubumuzun yeniyetmələrdən ibarət komandası Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunmuş ilk və yeganə yeniyetmələr arasında Bakı çempionatının qalibi olmuşdur;
  • 2016-cı ildə 12 yaşlı oğlanlardan ibarət komandamız Bakıda keçirilmiş Dövlət Bayraq Gününə həsr olunmuş beynəlxalq turnirinin gümüş medallarının sahibi olmuşdur;
  • 2016-cı ildə yeniyetmələrdən ibarət komandamız "TİSA Titans" reqbi klubunun Bakı şəhərində təşkil etdiyi ölkədaxili turnirinin qalibi olmuşdur;
  • Qarabağ Reqbi Klubu 2017-ci ildə Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında beynəlxalq reqbi turnirinin təşkilatçısı olmuşdur. Həmin turnir xarici komandaların və ümumi olaraq iştirakçı sayı üzrə ölkımizdə keçirilmiş ən böyük beynəlxalq reqbi turniri olmuşdur. 
  • 2017-ci ildə klubumuzun yetirmələri olan Nəzər Cəfərov və Kamran Axundov Gürcüstanın aparıcı reqbi klublarından olan "Tsikara" klubu tərəfindən təlim-məşq toplanışında iştirak etmək üçün dəvət almışlar və toplanışın nəticəsində həmin klubun heyyətində Gürcüstan çempionatının B liqasında iştirak etmək dəvəti almışlar.
  • 2021-ci ildə komandamız Azərbaycan reqbi federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi ölkə çempionatında 1-ci yeri tutmaqla Azərbaycan çempionu adını qazanmışdır və hal hazırda bu titulu özündə qoruyub saxlayır.