Klub haqqında

Klubun yaradılmasının tarixçəsi və məqsədləri:

Qarabağ Reqbi Klubu MMC (VÖEN 1003897731) qeyri-kommersiya layihəsi olaraq 2015-ci ildə yaradılıb və müvafiq dövlət qurumlarında qeydiyyata alınıb və Şuşa şəhərini təmsil edir. Qarabağ RK bütün yaş dərəcələrində (uşaqlar, yeniyetmələr, gənclər, böyüklər) heyyətlər formalaşdırmış ilk Azərbaycan reqbi klubudur. Klubun yaradılmasının məqsədləri aşağıdakılardır:

1. Azərbaycanda Olimpiya idman növü olan reqbinin inkişafına öz töhvəsini vermək, oyunçular, məşqçilər və hakimlər yetişdirmək;

2. Uşaqlar, yeniyetmələr və gənclər arasında sağlam həyat tərzinin təbliğini həyata keçirmək, onları idmana cəlb etmək;

3. Bütün yaş dərəcələrində Azərbaycan milli yığma komandalarının oyunçu bazasına çevrilmək


Klubun əsas prinsipi:

Reqbi idman növünün cəmiyyətin bütün təbəqələrinə əlçatan olması üçün fəaliyyətini ÖDƏNİŞSİZ həyata keçirməkdir. Məşqlər, məşq ləvazimatları və geyimləri, həmçinin yarışlarda iştirak klubun sponsorları vasitəsi ilə cəlb etdiyi vəsait hesabına təşkil etməkdir.


Qarabağ Reqbi Klubun himni